Ucarda qəza - 3 nəfər xəsarət aldı+Fotolar

ucarda-qeza
Oxunma sayı: 371

Ucar rayonunda yol- nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Müsüslü kənd yolunda qeydə alınıb.

Belə ki, “VAZ 2106” və “Nissan” markalı avtomobillər toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ucar Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 11:10 radələrində Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2 kişi, 1 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub:

“Onlara qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin travması, açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən 1964-cü il təvəllüdlü qadın pasiyentin müalicəsi Reaninasiya şöbəsində davam etdirilir.

1984-cü il və 1996-cı il təvəllüdlü şəxslərin (hər ikisi kişi) vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır”. 

 Yunis Quliyev