Ukrayna ordusundakı əcnəbilərin sayını açıqladı

ukrayna-ordusundaki-ecnebilerin-sayini-aciqladi
Oxunma sayı: 481

“Hazırda Ukraynanı dünyanın azı 72 ölkəsindən olan təxminən 16 min nəfər əcnəbi könüllü müdafiə edir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın hərbi ombudsmanı Olqa Reşetilova ölkənin xarici diplomatik qurumlarının rəhbərlərinin müşavirəsində bildirib.

Reşetilova həmin şəxslərin, demək olar ki, 40%-nin Latın Amerikası ölkələrinin vətəndaşları olduğunu açıqlayıb.

“Dövlətimiz əcnəbi hərbi qulluqçuların töhfəsini yüksək qiymətləndirir və onların hüquqlarının təmin edilməsi üçün öz məsuliyyətini dərk edir”, - o deyib.