Ukrayna Rusiyanın “Avroviziya”dan kənarlaşdırılmasını istəyir

ukrayna-rusiyanin-avroviziyadan-kenarlasdirilmasini-isteyir
Oxunma sayı: 1675

Ukrayna Milli İctimai Televiziya və Radio Şirkətinin İdarə Heyətinin sədri Mikola Çernotitski Avropa Yayım Birliyinə (EBU) məktub göndərib.

“Qafqazinfo” xəbər verir ki, məktubun mətni Ukrayna Milli İctimai Televiziya və Radio Şirkətinin saytında dərc olunub.

Məktubda Rusiya KİV-in, xüsusilə də “Birinci kanal”ın və Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin (VQTRK) Avropa Yayım Birliyindəki üzvlüyünün dayandırılması barədə xahiş yer alır.

Həmçinin Ukrayna EBU-dan Rusiyanın “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində iştirakını qadağan etməyi xahiş edir, çünki Rusiya müsabiqə nizamnaməsinin müəyyən bəndlərini və EBU-nun dəyərlərini pozur və onun iştirakı müsabiqə ideyasını sarsıdır.

Məktubun tam mətni ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, Ukraynanı İtaliyada keçiriləcək müsabiqədə “Kalush Orchestra” kollektivi “Stefania” mahnısı ilə təmsil edəcək. Rusiyanın “Avroviziya-2022” təmsilçisi isə hələlik açıqlanmayıb.