Ukrayna Xersonu vurdu, 7 ölü, 80 yaralı - Video + Yenilənib

ukrayna-xersonu-vurdu-7-olu-80-yarali
Oxunma sayı: 5586

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Novaya Kaxovka şəhərində silah-sursat anbarını vurub.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin “Cənub” operativ komandanlığı yayıb.

Məlumata görə, Ukrayna ordusunun raket-artilleriya bölmələrinin endirdiyi zərbələrdən sonra sözügedən silah anbarında güclü partlayış və yanğın baş verib. 

Hadisə nəticəsində ölən və yaralananların olub-olmaması barədə hələ ki məlumat verilməyib. 

Xatırladaq ki, Rusiya ordusu hərbi əməliyyat zamanı Ukraynanın Xerson vilayətinə nəzarəti ələ keçirib.

***

Kaxovka bölgəsinin hərbi-mülki administrasiyasının rəhbəri Vladimir Leontyevin sözlərinə görə, Novaya Kaxovkaya endirilən zərbə zamanı 7 nəfər ölüb, təqribən 40 nəfər isə yaralanıb. 

***

Hadisə nəticəsində xəsarət alanların sayı təqribən 80-ə çatıb. Bununla yanaşı, 7 nəfərin itkin düşdüyü bildirilir. 

“TASS”ın məlumatına görə, zərbə zamanı həlak olanların ailələrinə 2 milyon rubl, xəsarət alanlara isə 400 min rubl həcmində təzminat ödəniləcək.