Trampa “bənzədiyinə” görə kəsmədilər - Foto

trampa-benzediyine-gore-kesmediler
Oxunma sayı: 5205

Banqladeş hakimiyyəti zahirən ABŞ Prezidenti Donald Trampa “​bənzəyən” öküzün kəsilməsinə icazə verməyib. 

“Qafqazinfo” “Sky News”a istinadən xəbər verir ki, 700 kq ağırlığında nadir albinos öküz Qurban bayramında kəsilmək üçün fermerdən satın alınıb. 

Lakin heyvanın fotoşəkilləri sosial şəbəkələrdə sürətlə yayılaraq qızğın müzakirələrə səbəb olub. ABŞ liderinə “​bənzəyən” heyvanı görmək istəyənlər fermaya axışmağa başlayıb ki, nəticədə öküzün saxlanıldığı yerin yanında böyük izdiham yaranıb. 

Sonda məsələyə müdaxilə edən Banqladeş Daxili İşlər Nazirliyi (DİN) “təhlükəsizlik məqsədilə və ictimaiyyətin qeyri-adi marağını nəzərə alaraq” öküzün kəsilməməsi barədə qərar qəbul edib. 

Belə ki, “Donald Tramp” ləqəbi verilmiş heyvanın sahibinə kompensasiya ödənilib və o, zooparka yerləşdirilib.