Avropa İttifaqı (Aİ) Çinin “Temu” şirkətini qeyri-qanuni və təhlükəli malların satışını dayandıra bilməməsinə görə 200 milyon avro məbləğində cərimələyib.
“Qafqazinfo” “The Guardian” nəşrinə istinadən xəbər verir ki, cərimə qərarı Avropa Komissiyasının 19 aylıq araşdırmasından sonra qəbul edilib.
Dərc olunmamış araşdırmalar nəticəsində məlum olub ki, şirkətin saytı vasitəsilə uşaq oyuncaqları və elektronika məhsulları da daxil qanunsuz və təhlükəli məhsullar satılır.
Avropa Komissiyası həmçinin “Temu”nu öz saytına lazımi səviyyədə nəzarət etmədiyinə görə tənqid edib. Bildirilib ki, saytdakı tövsiyə sistemləri və nüfuzlu şəxslərin reklam aksiyaları qeyri-qanuni məhsulların yayılması risklərini artıra bilər.
Qeyd edək ki, 200 milyon avroluq cərimə Aİ-nin Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində tətbiq edilmiş ikinci və indiyədək ən yüksək cərimədir. Belə ki, 2024-cü ilin fevralından qüvvədə olan bu qanun çərçivəsində daha əvvəl İlon Maskın “X” şirkəti 120 milyon avro məbləğində cərimə olunmuşdu.
Son xəbərlər
Son Xəbərlər