Ukrayna ərazisində davam edən hərbi əməliyyatlar zamanı daha 6 azərbaycanlı həlak olub.
“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, son 10 gün ərzində döyüşlərdə daha 6 həmyerlimiz həyatını itirib.
Həlak olan şəxslərin siyahısını təqdim edirik:
- Məmmədov Roman Musa oğlu – 07.09.1986-cı il təvəllüdlü, Novosibirsk vilayətinin Kolıvan kəndində yaşayıb;
- Abbasov Namiq Məhərrəm oğlu – 23.12.1969-cu il təvəllüdlü, Arxangelsk vilayətinin Koryajma şəhərində yaşayıb;
- Qanbarlı Vüsal Allahverdi oğlu – 21.02.1993-cü il təvəllüdlü, Yekaterinburq şəhərində yaşayıb;
- Qurbanov Tofiq Oktay oğlu – 09.05.1995-ci il təvəllüdlü;
- Manafov İlkin İntiqam oğlu – 01.10.1989-cu il təvəllüdlü, Altay diyarının Xlopunovo kəndində yaşayıb;
- Rüstəmov Xanəhməd Qəhrəman oğlu – 20.01.1993-cü il təvəllüdlü, Yaroslavl vilayətinin Rostov şəhərində yaşayıb.
Son xəbərlər
Son Xəbərlər