Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinin azərbaycanlı polis rəisi polkovnik-leytenant Rüstəm Vəliyevin iş otağı dron hücumuna məruz qalıb.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hücum zamanı bir neçə dron idarənin rəisin otağı yerləşən istiqamətini hədəf götürüb.
Otaq və bütün mərtəbə tamamilə sıradan çıxıb.
R.Vəliyev otağı təhlükə hiss edən kimi tərk etdiyinə görə xəsarət almayıb. İdarədə olan polislərdən də tələfat olmayıb.
Qeyd edək ki, Rüstəm Vəliyev 3 ilə yaxındır Pavloqradın polis rəisidir, əslən Azərbaycanın Salyan rayonundandır.





Son xəbərlər
Son Xəbərlər