Vaşinqton və Kiyev Ukrayna ərazisində “Patriot” zenit-raket kompleksləri üçün raketlərin birgə istehsalı imkanlarını müzakirə edir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Ağ Evin yutub kanalında yayımlanan kadrlar Trampın bu məsələyə müsbət yanaşdığını göstərir.
ABŞ lideri raket istehsalı ilə bağlı razılaşmanın əldə olunmasını mümkün hesab edib:
“Biz bunu müzakirə edirik və indi də danışacağıq. Əgər görüşün sonunda yaxınlaşsaydınız, dəqiq cavabımız olardı, amma hazırda bu məsələni müzakirə edəcəyik”.
Qeyd edək ki, sentyabrın 19-da ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker ölkəsinin Ukraynaya birbaşa “Patriot” raketləri ötürə bilmədiyini, çünki müttəfiqlər tərəfindən bu raketlərə olan tələbatın təklifi dəfələrlə üstələdiyini bildirmişdi. Səfirin sözlərinə görə, problemin yeganə həlli həm ABŞ-də, həm də Avropada istehsal həcmini artırmaqdır. O vurğulamışdı ki, bu raketlər yüksək dəqiqlikli xüsusi texnologiyadır və xüsusilə özütuşlayan döyüş başlığı hissələrinin hazırlanması vaxt tələb edir.
Son xəbərlər
Son Xəbərlər