Ukraynanın cənub-şərqində yerləşən Dnepr şəhərində güclü partlayış səsləri eşidilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın “İctimai” (“Suspilne”) telekanalı məlumat yayıb.
Əhalinin onlayn xəbərdarlıq xidmətinin məlumatına görə, Dnepropetrovsk vilayətinin bir hissəsində hava həyəcanı siqnalı qaldırılıb. Analoji həyəcan siqnalları fonunda Kiyev və Odessada da partlayışların baş verdiyi bildirilir.
Məlumata əsasən, sentyabrın 10-da gün ərzində Rusiya ordusu Ukraynanın bir neçə regionundakı hədəflərə zərbələr endirib. Qostomeldə yaşayış massivində yerləşən sursat anbarının məhv edildiyi, Kiyevdə isə anbarlar və biznes mərkəzində yanğınların başladığı, həmçinin yük avtomobillərinin dayanacağına ziyan dəydiyi bildirilir. Bundan başqa, Sumı, Dnepr, Avramovka və Pavlovqradda da vurulan hədəflər qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər