Ukraynaya 1 milyard avroluq hərbi yardım ayırdılar

ukraynaya-1-milyard-avroluq-herbi-yardim-ayirdilar
Oxunma sayı: 2075

Belçikanın Baş naziri Bart de Vever Ukraynaya 1 milyard avro məbləğində yeni yardım paketi açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə aprelin 8-də Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı bildirib.

De Vever bəyan edib ki, ayrılan pullar silahların alınmasına və Ukrayna hərbi-sənaye kompleksinin gücləndirilməsinə, xüsusən də yeni silah növlərinin istehsalına yönəldiləcək.