Ukraynaya bir gecədə 41 raket atıldı

ukraynaya-bir-gecede-41-raket-atildi
Oxunma sayı: 847

Ukrayna Rusiyanın gecə saatlarında ölkə ərazisinə genişmiqyaslı hava hücumu həyata keçirdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, hücum zamanı 41 raket və 125 silahlı pilotsuz uçuş aparatı (PUA) tətbiq edilib.

Bildirilib ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri 18 raketi və 108 PUA-nı zərərsizləşdirib. Lakin bəzi raket və dronların hədəflərə çatdığı, nəticədə müxtəlif bölgələrdə dağıntı və ziyan qeydə alındığı vurğulanıb.

Kiyev meri Vitali Kliçko bildirib ki, paytaxt gecə saatlarında güclü hava hücumuna məruz qalıb.

Onun sözlərinə görə, hücum şəhərin bir neçə ərazisində dağıntılara səbəb olub. İlkin məlumata əsasən, hadisə nəticəsində 7 nəfər yaralanıb.

Kliçko qeyd edib ki, zərbə endirilən ərazilərdə axtarış-xilasetmə və təhlükəsizlik tədbirləri davam etdirilir.

Ukrayna rəsmiləri hava hücumları təhlükəsinin hələ də qaldığını və əhalinin təhlükəsizlik xəbərdarlıqlarına əməl etməli olduğunu bildiriblər.