Fransa Ukraynada atəşkəs rejimi bərqərar olduqdan sonra öz hərbi kontingentini bu ölkəyə göndərməyə hazır olduğunu bəyan edib.
“Qafqazinfo” “Europe 1” radiostansiyasına istinadən xəbər verir ki, fransız qoşunlarının birbaşa cəbhə xəttindən uzaqda, strateji baxımdan mühüm məntəqələrdə dislokasiya olunması planlaşdırılır.
Məlumata görə, fransız hərbçilərinin əsas vəzifəsi ukraynalı əsgərləri təlimatlandırmaq, onları təchiz etmək və ən əsası Ukrayna ordusunu bərpa etmək olacaq. Radiostansiya bildirir ki, qoşunların göndərilməsi “istəklilər koalisiyası” çərçivəsində həyata keçirilə bilər. Digər Avropa dövlətlərinin də Fransanın bu addımını izləyə biləcəyi vurğulanır, lakin onların neçə nəfərlik hərbi qüvvə ayırmağa hazır olduğu hələlik dəqiqləşdirilməyib.
Xatırladaq ki, avqust ayında “istəklilər koalisiyası”na daxil olan dövlətlər Ukraynada keçirilən görüşün yekunlarına əsasən, münaqişə başa çatdıqdan sonra ölkədə çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsinə hazır olduqlarını təsdiqləmişdilər.
Son xəbərlər
Son Xəbərlər