Ukraynaya növbəti dron hücumu - 36 yaralı - Fotolar

ukraynaya-novbeti-dron-hucumu
Oxunma sayı: 660

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərinə “Geran-2” kamikadze dronları ilə kütləvi hücum həyata keçirib.

“Qafqazinfo” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, nəticədə ikisi uşaq olmaqla 36 nəfər xəsarət alıb.

Hücum zamanı 10-dan çox binaya, mülki infrastruktura və onlarla avtomobilə ziyan dəyib.