UNESCO rəsmisi görüşə kəlağayı ilə qatıldı - Foto

unesco-resmisi-goruse-kelagayi-ile-qatildi
Oxunma sayı: 378

Xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə səfərdə olan UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə, Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, mədəniyyətlərarası dialoq, təhsil, elm, süni intellekt, mədəni irs, dayanıqlı turizm, “İnsan və Biosfer” Proqramı, habelə Afrika ölkələrinə və kiçik adandövlətlərinə dəstək məsələləri müzakirə olunub.

2013-cü ildə imzalanmış Çərçivə Sazişinin və yaradılmış Azərbaycan-UNESCO Etimad Fondunun əməkdaşlığın inkişafında mühüm rol oynadığı qeyd edilib. Azərbaycanın öz prioritetlərinə uyğun UNESCO proqram və layihələrinə dəstəyini davam etdirməkdə maraqlı olduğu vurğulanıb.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNESCO-nun fəal iştirakı məmnunluqla qarşılanıb. Təşkilat tərəfindən Forum çərçivəsində üç panelin təşkil olunduğunu qeyd olunub.

Elnur Məmmədov “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” və Rəqəmsal İnkişaf Şurası barədə məlumat verib. Süni intellekt texnologiyalarının ölkənin inkişafı və dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində tətbiq olunduğu bildirilib.

Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkilinə və əməkdaşlığa görə Azərbaycana təşəkkürünü bildirib.

UNESCO üçün prioritet istiqamət təşkil edən Afrika ölkələrinə, gender bərabərliyinə, qızların təhsilinə və kiçik ada dövlətlərinə Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərətrafında da fikir mübadiləsi aparılıb.