Universitetə hücum edən 18 yaşlı tələbə imiş - Foto + Video

Universitetə hücum edən 18 yaşlı tələbə imiş
Oxunma sayı: 9287

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Rusiyada Perm Universitetində atışma olub. İlkin məlumata görə, atışma nəticəsində 8 nəfər həlak olub, 28 nəfər yaralanıb.

“Qafqazinfo”nun məlumatına görə, insidentin universitetin 18 yaşlı tələbəsi Timur Bekmansurov tərəfindən törədildiyi güman edilir.

Bildirilir ki, T. Bekmansurov hüquq fakültəsinin birinci kurs tələbəsidir.

Qeyd olunur ki, Timur Bekmansurov bu yaxınlarda sosial şəbəkələrdə hücum planı barədə ətraflı məlumat və silahı necə almasına dair paylaşım edib.