Ursula fon der Lyayen və Cozef Borrell Ukraynaya gedir

ursula-fon-der-lyayen-ve-cozef-borrell-ukraynaya-gedir
Oxunma sayı: 1898

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borrell bu həftə Kiyevə səfər edəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sloveniyanın Baş naziri Yanez Yanşa öz tviter hesabında məlumat verib.

“Litva diplomatları da Kiyevdəki sloveniyalı diplomatlara qoşulacaqlar. Aİ missiyası da ora qayıdır”, - deyə hökumət rəhbəri qeyd edib.