Uşaqlarına əsəbiləşən qadın özünü bıçaqladı

usaqlarina-esebilesen-qadin-ozunu-bicaqladi
Oxunma sayı: 3277

İsmayıllıda qadın özünü bıçaqlayıb.

“Qafqazinfo” xəbər verir ki, rayonun İsmayıllı kənd sakini, 1990-cı il təvəllüdlü A.İsayeva (şərti) atasına məxsus evdə özünü qarın nahiyəsindən bıçaqlayıb. Xəstəxanaya yerləşdirilmiş qadının vəziyyəti orta-ağırdır.

İlkin araşdırma zamanı 33 yaşlı qadının evdə övladlarına əsəbləşməsi nəticəsində özünə xəsarətlər yetirməsi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.