“Uşaqpulu valideynlərdə müəyyən asılılıq yarada bilər” - Video

usaqpulu-valideynlerde-mueyyen-asililiq-yarada-biler
Oxunma sayı: 1271

“Bu gün ailələrə sosial müavinət verilir. Hesab edin ki, həmin uşaqpulu artıq sosial müavinət adı altında verilir. İnanın ki, bu gün ölkəmizdə uşaqpulunun geniş şəkildə müzakirəsi də yoxdur. Müəyyən mənada müzakirələr aparılır, amma onun real olması, hesab edirəm ki, hazırda günün mövzusu və müzakirə məsələsi deyil”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Günay Ağamalı “Günə doğru” verilişində bildirib.

“Ailələr uşaq dünyaya gətirərkən dövlətdən nəsə gözləməməlidir. Təbii ki, ailə övladı dünyaya gətirəndə bu yanaşma ilə yanaşarsa, uşaqpulu verilsə belə, bundan daha çox tələblər qoyulacaq və bu, müəyyən mənfi tendensiyalara yol aça bilər.

Əslində, uşaqların dünyaya gəlməsi bir nəslin gələcək nəslə ötürülməsi deməkdir. Bu gün uşaqpulu tələbi jurnalistlər tərəfindən səsləndirilir, amma xüsusi ictimai müzakirələrdə, ən azı deyə bilərəm ki, millət vəkili olduğum iki il ərzində bununla tez-tez qarşılaşmamışam.

Uşaqpulu məsələsi gündəliyə gələrsə və tətbiq olunarsa, heç düşünmüsünüzmü ki, bu, valideynlərdə müəyyən asılılıq və ya tənbəllik yarada bilər? Yəni insanlar fikirləşə bilərlər ki, dövlət mənə uşaqpulu verir, mən artıq işləməyim. Bu, doğru yanaşma deyil. İnsanları əməyə alışdırmaq lazımdır, onları nələrdənsə asılı vəziyyətə salacaq imkanlar yaradılmamalıdır.

Amma dediyim kimi, hazırda digər ad altında sosial müavinətlər verilir və şərtlər də çətin deyil. Şərtlər də elə çətin deyil. Əgər ailədə körpə uşaq varsa, ananın işləməyi önəmli deyil. Uşaqları 8 yaşa qədər olan ailələrdə bir atanın işləməsi kifayət edir. Bu, real yanaşmadır. Atanın da evdə oturub uşaqpulu alması fikri mənə görə doğru deyil”.