“Vaşinqton Qrenlandiyanı satın almaq istəyir”

vasinqton-qrenlandiyani-satin-almaq-isteyir
Oxunma sayı: 2466

ABŞ Dövlət katibi Marko Rubio Konqres üzvlərinə bildirib ki, Vaşinqton Qrenlandiyanı hərbi müdaxilə yolu ilə deyil, satınalma vasitəsilə əldə etməyə üstünlük verir.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, Rubio bu fikirləri bazar ertəsi günü ABŞ Konqresinin qanunvericiləri ilə keçirilən qapalı iclas zamanı səsləndirib.