Vaşinqton və Tehran arasında “X günü” - İki ölkə bəyanat yaydı

vasinqton-ve-tehran-arasinda-x-gunu
Oxunma sayı: 475

Çin və İordaniya birgə bəyanat yayaraq ABŞ və İranı atəşkəs rejiminə əməl etməyə çağırıblar.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, hər iki ölkə Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin bərpa olunmasının vacibliyini vurğulayıb.

Çin və İordaniya Vaşinqton və Tehranı münaqişənin köklü səbəblərini aradan qaldırmağa qadir olan hərtərəfli həll yolu tapmağa səsləyib. Bəyanatda həmçinin İsrailin İordan çayının qərb sahili və Şərqi Qüdsdə gərginliyi artıran “təhlükəli hərəkətləri”ndən dərin narahatlıq ifadə olunub.

Qeyd edək ki, avqustun 20-də ABŞ Prezidenti İrana qarşı “İqtisadi D-Day” adlandırdığı yeni təzyiq kampaniyasını elan edib. Ağ Ev Tehranı maksimal dərəcədə təcrid etməyi və onunla ticarət-maliyyə əlaqələrini saxlayan xarici qurumları (o cümlədən banklar, neft vasitəçiləri və Rusiya strukturlarını) cəzalandırmağı planlaşdırır.

ABŞ-nin maliyyə naziri Skott Bessent isə avqustun 24-nün Vaşinqtonun İrana qarşı genişmiqyaslı maliyyə təzyiqinə başlayacağı “X günü” olduğunu və bunun Tehranla qarşıdurmanın “son fazası” sayıldığını bildirib.