“Venesuela ilə dünya tarixinin ən böyük neft sazişini imzaladıq”

venesuela-ile-dunya-tarixinin-en-boyuk-neft-sazisini-imzaladiq
Oxunma sayı: 231

“Venesuela ilə dünya tarixinin ən böyük neft sazişini imzaladıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial media hesabında yazıb.

O, açıqlamasında ABŞ Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin bu məsələ ilə bağlı Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezlə sıx əməkdaşlıq etdiyini bildirib.

ABŞ Prezidentinin sözlərinə görə, Vaşinqton özəl sektorla tərəfdaşlıq çərçivəsində Venesuelanın 65 milyard bareldən çox neft ehtiyatlarının böyük hissəsinə nəzarəti ələ alıb.

Tramp həmçinin sövdələşmənin ABŞ-nin neft ehtiyatlarını ikiqat artıracağını və ölkənin neft tədarükünü əhəmiyyətli dərəcədə gücləndirəcəyini deyib.