Xaçmaz-Quba yolunda ağır qəza, dörd ölü, bir yaralı - Video

xacmaz-quba-yolunda-agir-qeza-dord-olu-bir-yarali
Oxunma sayı: 7731

Xaçmaz-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xaçmaz - Quba yolunun rayonun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolun dumanlı olması qəzaya səbəb olub. İqrıq kənd sakini, 1973-cü il təvəllüdlü Kamil Atabala oğlu Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil hərəkətdə olarkən yoldan çıxıb və ağaca çırpılıb.

Qəza zamanı sürücü və iki sərnişin ölüb, daha iki nəfər isə ağır yaralanıb. 

Yaralılar Quba Müalicə Dioqnostika Mərkəzinə çatdırılıblar. Lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, ölənlər arasında ata oğul və əmi də var.

Hazırda faktla bağlı araşdırma aparılır.

Emin Gülağaoğlu