Xalq artisti Rafiq Əliyev vəfat etdi

xalq-artisti-rafiq-eliyev-vefat-etdi
Oxunma sayı: 8129

Xalq artisti Rafiq Əliyev dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, 70 yaşlı tanınmış teatr aktyoru uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə sənətçinin həmkarları sosial şəbəkədə status paylaşıb, ailəsinə başsağlığı veriblər.

Qeyd edək ki, Rafiq Əliyev Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl Dərviş” mükafatına layiq görülüb. O, 2005-ci ildə “Humay” ​ictimai milli mükafatını alıb. 

31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyoru olub.