“Xarıbülbül”ün II günü də maraqlı təqdimatlarla yadda qalıb - Video

xaribulbulun-ii-gunu-de-maraqli-teqdimatlarla-yadda-qalib
Oxunma sayı: 336

Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalının ikinci günü də maraqlı təqdimatlarla yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı davam edir.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın ikinci gününün ilk musiqi təqdimatı Xan qızı Natəvanın sarayının qarşısında keçirilib. Burada Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil olunub. 

“Romans və mahnı səhəri” adlı konsert proqramında görkəmli bəstəkarlar Arif Məlikov, Cahangir Cahangirov, Fikrət Əmirov, Qara Qarayev, Oqtay Kazımi, Süleyman Ələsgərov, Tofiq Quliyev, Üzeyir Hacıbəyli və Vasif Adıgözəlovun sevilən əsərləri səslənib. 

Dillər əzbəri olan həmin bəstələri gənc istedadlı musiqiçilər Aqşin Abdullayev, Elnarə Məmmədova, Həmid Abdulov, İsmayıl Zeynalov, Mara Hüseynova ifa ediblər.