Xaricdən özünə telefon gətirən şəxslərin nəzərinə!

xaricden-ozune-telefon-getiren-sexslerin-nezerine
Oxunma sayı: 11338

Satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə  tutulan dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ “Dövlət rüsumu haqqında” qanunda öz əksini tapıb. Belə ki, bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün rüsum 20 manat olacaq.

Həmçinin qeydiyyat üçün müraciət olunan tarixə  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar üçün rüsum 20 manat təşkil edəcək.

Həmçinin oxuyun: Xanlar Vəliyev Rövşən Əkbərovun həbsindən danışdı - Özəl

Bu Qanunun 33-5.1.1-ci maddəsində nəzərdə tutulan cihazlar istisna olmaqla, digər mobil cihazlara görə dövlət rüsumunun dərəcələri isə aşağıdakı kimidir:

bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat

bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat

bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat

bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat

bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat;

bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat

Günel Türksoy