Xarkovda ölüm xəbəri yayılan sürücü yaşayır - Foto

xarkovda-olum-xeberi-yayilan-surucu-yasayir
Oxunma sayı: 5039

Ukraynanın Xarkov şəhərində vəfat etdiyi xəbəri yayılan azərbaycanlı sürücülərdən biri - Tahirov Samir Sürəddin oğlunun yaşadığı məlum olub.

Yaxınlarının “Qafqazinfo”ya verdiyi məlumata görə, S.Tahirovun ölümü ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bildirilib ki, Masallının Miyankü kəndindən olan sürücü yaşayır və bu gün ailə üzvləri ilə görüntülü danışıb.

Qeyd olunub ki, hazırda xəstəxanada olan S.Tahirovun səhhəti normaldır.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) dünən Ukraynanın Xarkov şəhərində yaralanan azərbaycanlı sürücü Tahirov Samir Sürəddin oğlunun vəfat etməsi ilə bağlı xəbər yaymışdı.