“X”ə nə oldu? - Yenilənib

xe-ne-oldu
Oxunma sayı: 518

Dünyanın ən məşhur sosial media platformalarından biri olan “X”in fəaliyyətində ciddi problemlər yaranıb.

“Qafqazinfo” “Downdetector” portalının məlumatlarına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 17:00-dan etibarən platformanın fəaliyyətində kütləvi nasazlıqlar müşahidə olunur.

Məlumata görə, qlobal xarakter daşıyan problem Azərbaycandakı istifadəçilərin də fəaliyyətinə təsir göstərib.

İstifadəçilər həm mobil tətbiq, həm də brauzer üzərindən profilə daxil olmaqda, paylaşımların yenilənməsində və mesaj göndərilməsində çətinliklərlə üzləşirlər.

***

Hazırda Azərbaycandakı istifadəçilər “X”ə girişin nisbətən bərpa olunduğunu bildirirlər.

Analoji vəziyyət Türkiyədə də müşahidə olunur. Belə ki, platformaya giriş və paylaşımların edilməsi asanlaşıb. Lakin “Downdetector”un canlı xəritəsinə əsasən, ABŞ-nin bir sıra iri şəhərlərində qırmızı ilə işarələnmiş zonalarda giriş problemləri hələ də davam etməkdədir.