Xərçəngdən qoruyur, zülalla zəngindir

xercengden-qoruyur-zulalla-zengindir
Oxunma sayı: 578

Qarabaşağın rasionda olması bədxassəli şişlər də daxil olmaqla, bir çox xəstəliyin profilaktikası effektini təmin edir. O, orqanizmdə bədxassəli şişlərin riskini artıran mənfi dəyişikliklərin qarşısını almaq üçün faydalıdır.

“Qafqazinfo” xəbər verir ki, bu effekt qarabaşağın tərkibində bir çox faydalı molekulun olması ilə əlaqədardır.

Qarabaşaq diabet, artıq çəki, bədxassəli şişlərin inkişafı və qocalmaya qarşı müdafiə edir.

Qarabaşağın böyük üstünlüklərindən biri onun aşağı kalorili olmasıdır, bu, onda uzunmüddətli toxluğu təmin etmək qabiliyyəti ilə bir araya gəlir. Yaşı 40-dan yuxarı olanlar üçün qarabaşaq bitki zülalının zəngin mənbəyi kimi faydalı olacaq.

Bundan başqa, qarabaşağın tərkibində böyük miqdarda maqnezium var. Bu mikroelement MBT-nin düzgün fəaliyyəti üçün vacibdir, ürək, sinir sistemi, öd kisəsinin dəstəklənməsini təmin edir.