Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Qazaxıstan Xarici İşlər Nazirliyi feysbuk hesabında paylaşıb.
Məlumata görə, danışıq zamanı Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) ətrafındakı vəziyyət müzakirə olunub.
Bununla yanaşı, tərəflər Qazaxıstan və ABŞ arasında əməkdaşlıq məsələlərini, eləcə də Prezident Kasım-Jomart Tokayevin dekabrda ABŞ-də keçiriləcək G20 sammitinə hazırlığını da nəzərdən keçiriblər.
Qeyd edək ki, G20 sammiti 14-15 dekabr 2026-cı il tarixlərində ABŞ-nin Mayami şəhərində keçiriləcək.
Xatırladaq ki, ötən günlərdə Ukrayna tərəfindən XBKK-nin Rusiyanın Novorossiysk limanı yaxınlığındakı terminalında “Nelsa” tankerinə dronla hücum edilmişdi.
Son xəbərlər
Son Xəbərlər