XİN Dominikana başsağlığı verdi

xin-dominikana-bassagligi-verdi
Oxunma sayı: 705

Azərbaycan Xarici İşlər Nazirliyi Dominikanın paytaxtı Santo-Dominqoda baş verən hadisə ilə bağlı ölkə hökumətinə başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.

“Santo Dominqoda onlarla insanın həlak olması və yaralanması ilə nəticələnən binanın uçması ilə əlaqədar Dominikan Respublikası hökumətinə və xalqına ürəkdən başsağlığı veririk. Bu faciəvi hadisədə yaralananların hamısına tezliklə şəfa diləyirik”, - paylaşımda qeyd olunub.