Yanvar Moskvada son 203 ilin ən qarlı ayı oldu - Fotolar

yanvar-moskvada-son-203-ilin-en-qarli-ayi-oldu
Oxunma sayı: 406

2026-cı ilin yanvar ayı Moskvada 200 illik yağıntı rekordunu qıraraq, son 203 ilin ən qarlı havası olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin mətbuat xidməti məlumat yayıb.

Universitetin meteoroloji rəsədxanası anormal qar yağmasını qeydə alıb:

“2026-cı ilin ilk ayı Moskvada soyuq və anomal qarlı oldu. Qarın yağmasına səbəb dərin və geniş siklonların Moskva vilayəti üzərindən keçməsi və atmosfer cəbhələrinin güclənməsi olub”, - məlumatda deyilir.

Rəsədxananın rəhbəri Mixail Lokoşenkonun sözlərinə görə, yanvarın 29-da 92 millimetrə yaxın yağıntı qeydə alınıb ki, bu da son iki əsrin ən yüksək miqdarıdır.