Yaponiyanın İbaraki prefekturasında 5,9 maqnitudalı zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla gecə saatlarında qeydə alınıb və Kanto regionunda, o cümlədən Tokioda güclü hiss olunub.
Zəlzələ nəticəsində ölən və ya xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib.
Son xəbərlər
Son Xəbərlər