Yardımlıda gənc qızın meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 30-u saat 12 radələrində Honuba kəndində baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü kənd sakini Rəvanə Camalzadənin meyiti yaşadığı evin həyətindəki yardımçı təsərrüfatda aşkar edilib.
Onun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər