“Əməliyyatdan sonra yatanda da gözlərim bağlanmır...” - Video

emeliyyatdan-sonra-yatanda-da-gozlerim-baglanmir
Oxunma sayı: 1521

Estetik əməliyyatdan sonra gözlərində ciddi problem yaranan Aygün Məhəmmədova onu əməliyyat edən həkimdən şikayətçidir.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə APA TV-yə müraciət edib.

Şikayətçi iddia edir ki, 2025-ci ilin martında keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmaması səbəbindən quruluq və sulanma kimi problemlərlə üzləşib: “Gözlərim yatanda da açıq qalır, sulanma olur. Əməliyyatdan 7 ay sonra üzümdə iflic yaranıb. Bununla bağlı məni əməliyyat edən “Medihall Hospital”ın həkimi Məryəm Abbasovaya dəfələrlə şikayətimi bildirsəm də, o mənə bir müddət də gözləməli olduğumu deyib. Artıq 1 il 6 aydır ki, şikayət etsəm də, məsuliyyətdən yayınır və heç bir tədbir görülmür.

İstəyirdim ki, ödənişimi geri versin, başqa həkimə əməliyyat etdirim, lakin pulumu qaytarmır”.

Problemlə bağlı “Medihall Hospital”dan sorğuya cavab verilməyib.

Həkim isə müraciətə cavab kimi məhkəmə qərarını göndərib. Sənəddə qeyd olunub ki, M.Abbasovanın əməlində cinayət tərkibi müəyyən edilməyib. Bu səbəbdən cinayət işinin başlanması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilib.

Daha ətraflı süjetdə: