Yaxın Şərqdə sentyabrda rekord həcmdə neft satışı olub

yaxin-serqde-sentyabrda-rekord-hecmde-neft-satisi-olub
Oxunma sayı: 296

2026-cı ilin sentyabr ayında Yaxın Şərqdən neft ixracı kəskin şəkildə artaraq İranın Hörmüz boğazını bağlamasından əvvəlki səviyyəyə yaxınlaşıb.

“Qafqazinfo” “The New York Times” (NYT) nəşrinə istinadən xəbər verir ki, neft axınının bərpa olunması qlobal enerji bazarlarında qiymət təzyiqini əhəmiyyətli dərəcədə azalda bilər.

“Kpler” analitik şirkətinin məlumatlarına görə, sentyabr ayında Hörmüz boğazı vasitəsilə hər gün orta hesabla 10 milyon barrel neft daşınıb. Boğazdan yan keçən kəmərlər və alternativ limanlar vasitəsilə isə Fars körfəzi ölkələrindən gündəlik daha 6 milyon barrel xam neft çıxarılıb.

Xatırladaq ki, fevral ayının sonunda İranla müharibə başlamazdan əvvəl regiondan dəniz və digər yollarla gündəlik təxminən 19 milyon barrel neft ixrac edilirdi.

Nəşr yazır ki, neft tədarükünün kəskin artması İranın bu mühüm dəniz keçidinə nəzarətinin zəiflədiyindən xəbər verir. Bundan əlavə, Səudiyyə Ərəbistanının sentyabrın əvvəlində PUA hücumlarına məruz qalan strateji “Şərq-Qərb” kəmərini təmir edərək neft nəqlini yenidən bərpa etdiyi bildirilir.