Yazıçının itkin düşən oğlu tapıldı - Yenilənib

yazicinin-itkin-dusen-oglu-tapildi
Oxunma sayı: 12464

Yazıçı Müşfiq Xanın oğlu itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə feysbuk hesabında yazıb.

“Oğlum Füzuli Fərziyevi axtarıram. Bu gün 16:15 radələrində metronun “Avtovağzal” stansiyasında olub. Sonra hara getdiyi haqqına məlumatımız yoxdur. Üzərində telefon yoxdur.  Onu görənlərdən (050) 243-14-53, (055)716-63-73 nömrələri ilə əlaqə saxlaması xahiş olunur”.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirilib ki, axtarış elan edilib. Yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***

Yazıçı Müşfiq Xanın oğlu Füzuli Fərziyev tapılıb.

Bu barədə yazıçı özü məlumat yayıb.