Yeni “Ceyms Bond” kim olacaq?

yeni-ceyms-bond-kim-olacaq
Oxunma sayı: 341

“Yeni “Ceyms Bond”un adı bu ilin sonuna qədər bəlli olacaq”.

“Qafqazinfo” “Deadline” nəşrinə istinadən xəbər verir ki, bu barədə filmin prodüseri Emi Paskal bildirib.

Paskal kastinq prosesinə çox ciddi yanaşdıqlarını vurğulayıb:

“Mötərizəni ilin sonuna qədər bağlayacağımızı gözləmək olar. Seçimə çox diqqətlə yanaşırıq: Daniel Kreyqdən sonra bu rolu üzərinə götürmək asan iş deyil. İstəyirik ki, yeni namizəd həqiqətən də maraqlı, diqqətçəkən və qeyri-adi bir aktyor olsun”.

Məlumat üçün bildirək ki, yeni “Ceyms Bond” roluna kastinq prosesi bu ilin may ayında başlayıb. Prosesə “Qrinç”, “Qaydalar haqqında film”, “Taxtların oyunu” və “Ulduz müharibələri”nin beş hissəsi üzərində işləmiş “Oskar” namizədi Nina Qold rəhbərlik edir.

Qeyd edək ki, yeni “Bondiana” filminin rejissoru Deni Vilnyöv, ssenari müəllifi isə Stiven Naytdır. Əsas rol üçün 26 yaşlı aktyor Tom Frensisin də sınaqdan keçdiyi bildirilir.