Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Su Təchizatı” QSC-nin icraçı direktoru Arif Mərdanov kollektivə təqdim edilib.
“Qafqazinfo” xəbər verir ki, təqdimat QSC-nin Müşahidə Şurasının sədri Xəyyam Məmmədov və üzvü Etibar Məmmədovun iştirakı ilə keçirilib.
Təqdimatdan sonra “İri Şəhərlərin Su Təchizatı”nın qarşısında duran prioritet məsələlər, növbəti dövrlər üçün müəyyən edilmiş hədəflər, su təchizatı, tullantı və yağış sularının səmərəli şəkildə idarə olunması sahəsində xidmətlərin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Həmçinin qarşıya qoyulan vəzifələrin icrası, fəaliyyətin effektivliyinin artırılması və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.



Son xəbərlər
Son Xəbərlər