Yeni nazir kimdir?

yeni-nazir-kimdir
Oxunma sayı: 20765

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vüqar Valeh oğlu Mustafayevin müdafiə sənayesi naziri təyin olunması ilə bağlı Sərəncam imzalayıb.

“Qafqazinfo” yeni nazirin dosyesini təqdim edir:

Vüqar Mustafayev 1986-cı ildə Bakıda anadan olub. O, Dövlət İdarəçilik Akademiyasını, daha sonra isə Xəzər Universitetinin magistr proqramıni bitirib. 

“Certified İnternal Auditor ( CİA)” – Beynəlxalq Daxili Auditor və "İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisaslaşmış kvalifikasiyaya sahibdir.

Dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib. 

2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub. Həmin ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının Sədri olaraq fəaliyyət göstərib.

2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının Sədri olaraq təyin edilib.

Azərbaycan Prezidentinin 15 Mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunmuşdu. Nazir təyinatınadək həmin vəzifədə idi.

Ailəlidir, iki övladı var.