Yenidən sərxoş halda maşın sürdü - Məhkəməlik oldu

yeniden-serxos-halda-masin-surdu
Oxunma sayı: 1612

Dünyaşöhrətli müğənni Britni Spirs sərxoş halda avtomobil idarə etdiyi üçün Kaliforniyada həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “TMZ” məlumat yayıb.

Hadisə martın 4-də axşam saatlarında baş verib. Yerli vaxtla saat 21:30-da pop ulduzun avtomobili Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsi Ventura Dairəsinin Şerif Departamenti tərəfindən araşdırılıb və səhər saat 6:00-da Spirs sərbəst buraxılıb.

Qeyd olunur ki, müğənni mayın 4-də məhkəmə qarşısına çıxacaq.

Xatırladaq ki, müğənninin ötən ilin oktyabr ayında da sərxoş vəziyyətdə maşın idarə etməsi ilə bağlı xəbərlər yayılmışdı.