Yeniyetmə qız 16-cı mərtəbədən yıxılıb öldü - Foto

yeniyetme-qiz-16-ci-mertebeden-yixilib-oldu
Oxunma sayı: 1186

Göyçay sakini Bakıda çoxmərtəbəli binadan düşərək dünyasını dəyişib.

“Qafqazinfo” Metbuat.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 18:00 radələrində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Xəlilova Nuray Elçin qızı binanın 16-cı mərtəbəsindən yıxılıb. İlkin məlumata görə, N.Xəlilova ehtiyatsızlıq səbəbindən yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.