Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən İqtisadiyyat Nazirliyinin Aran Regional Mərkəzinin akt zalında “Xalqının qəlbində əbədi yaşayan Dahi Şəxsiyyət” mövzusunda anım tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yevlaxın icra başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, TİKA Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, Koordinatorun müavini Kürşat Özdemir, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri və qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.
İcra başçısı çıxışında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edərək, Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu vurğulayıb. Ömrünü öz xalqına həsr edən Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışaraq bildirmişdir ki, vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yaddaşında əbədiləşdirir. Ulu Öndər Heydər Əliyev xalq qarşısında misilsiz xidmətlərinə görə hər zaman vətəni, milləti üçün əziz olaraq qalacaq. Çünki dahi şəxsiyyət öz nəcib əməlləri ilə hələ sağlığında tarixə yazılmış böyük azərbaycanlıdır. Ulu Öndərin xatirəsi hər bir vətənpərvər azərbaycanlı üçün əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Liderini heç vaxt unutmur və unutmayacaq.
İcra Hakimiyyətinin başçısı eyni zamanda qeyd edib ki, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan dövləti və azərbaycançılıq məfkurəsi bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop bildirib ki, Türkiyə lideri Mustafa Kamal Atatürk və Azərbaycan xalqının lideri Heydər Əliyevi bir çox xüsusiyyətlər birləşdirir. İki dahi şəxsiyyət ölkələrinin parçalanmasının qarşısını almaq və milli dövlət yaratmaq üçün böyük işlər görmüşlər. Ulu Öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” sözləri ümumi köklərimizi və qardaşlıq münasibətlərimizi gözəl ifadə edir. Baş konsul həmçinin Heydər Əliyevin xalqımız üçün yerinə yetirdiyi xilaskarlıq missiyasından, Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafına verdiyi əvəzsiz töhfələrdən danışıb.
Anım tədbirində Ulu Öndərin həyatının müxtəlif dövrlərini əks etdirən film nümayiş etdirilib.
Tədbirin sonunda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri - Xalq artistləri Sevinc İbrahimova, Rəfael Bayramov, əməkdar artist Kəmalə Tağızadə, əməkdar mədəniyyət işçisi Mehparə Cəfərovanın, müğənni Elmir Pişnamazzadə tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr olunan mahnıları səsləndirilib.
Son xəbərlər
Son Xəbərlər