Yük avtomobilində sıxılı qalan sürücü xilas edildi - Video

yuk-avtomobilinde-sixili-qalan-surucu-xilas-edildi
Oxunma sayı: 356

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, qəza “İsuzu” markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarına aşması nəticəsində baş verib.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 1994-cü il təvəllüdlü sürücü Kamran Arif oğlu Xəlilovu xilas ediblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.