Yunanıstanın şimalındakı Tanaqra Hava Bazasında keçirilən hava şousu zamanı “Phantom” tipli qırıcı təyyarə qəzaya uğrayıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, şouda iştirak edən iki nəfərlik təyyarə enişdən az əvvəl, uçuş-enmə zolağının yaxınlığında hündürlüyü bərpa etməyə çalışarkən hələlik müəyyən edilməyən səbəbdən qəzaya uğrayıb.
Qəza zamanı ərazidə yüzlərlə insanın hava şousunu izlədiyi bildirilib. Hadisədən sonra qəza yerində yanğın baş verib və əraziyə yanğınsöndürənlər və tibbi qruplar göndərilib.
Pilotların vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Son xəbərlər
Son Xəbərlər