“Yuventus”un qapıçısı zədələndi

yuventusun-qapicisi-zedelendi
Oxunma sayı: 299

“Yuventus”un qapıçısı Kamil Qrabara zədə səbəbindən uzun müddətə sıradan çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat verilib.

Məlumata görə, qapıçı sentyabrın 19-da, şənbə günü keçirilən məşq zamanı sağ dizindən zədə alıb. Elə həmin axşam Qrabara klubun “J|Medical” mərkəzində diaqnostik müayinədən keçib.

Müayinə nəticəsində onun sağ dizindəki ön çarpaz bağın qopması aşkar edilib. Yaxın günlərdə futbolçu müalicə üsulunu müəyyənləşdirmək məqsədilə əlavə müayinələrdən keçəcək.