Zelenski təyyarəsinə 2 dəfə hücum cəhdindən danışdı

zelenski-teyyaresine-2-defe-hucum-cehdinden-danisdi
Oxunma sayı: 295

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son həftələrdə onun təyyarəsinə iki dəfə hücum etməyə cəhd göstərdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, Zelenski bu məlumatı “CBS News”a açıqlayıb.

“Prezident təyyarəm Moldovada idi, buna görə də onlar Moldovaya hücum etdilər. Biz evə qayıdanda yenə də eyni şeyi etdilər”, - Ukrayna lideri qeyd edib.

Xatırladaq ki, sentyabrın 9-da Norveçin Baş naziri Yonas Qar St0re bəyan edib ki, Zelenskinin təyyarəsi dronla toqquşmadan son anda yayınıb.

Qeyd edək ki, V.Zelenski sentyabrın 8-i axşam Moldovadan Norveçin paytaxtı Osloya Kral V Haraldın dəfn mərasimində iştirak etmək üçün səfər edib.