Zelenski və Baydeni tənqid edən bloqer həbsxanada öldü

zelenski-ve-baydeni-tenqid-eden-bloqer-hebsxanada-oldu
Oxunma sayı: 3775

Ukrayna Prezidenti Volodimir Zelenskini dəfələrlə tənqid edən amerikalı bloqer Qonzalo Lira Ukrayna həbsxanasında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist Taker Karlson “X” hesabında paylaşım edib.

“Qonzalo Liranın ölüm xəbərini atasından almışam”, - paylaşımda qeyd edilib.

Jurnalist bildirib ki, bir müddət əvvəl Liranın atası oğlunun öldürülə biləcəyi barədə şübhələrini dilə gətirib:

“Liranın atası Zelenski və Bayden hökumətlərini tənqid etməklə bağlı cinayətə görə saxlanılan oğlunun Ukrayna həbsxanasında öldüyünü deyir”.

Qeyd edək ki, Qonzalo Lira ABŞ vətəndaşı idi. O, ötən ilin iyulunda Zelenksi və Bayden adminstrasiyasını tənqid etdiyi üçün Ukrayna həbsxanalarından birində saxlanılırdı. Onun haqqında cəzaçəkmə müəssisəsində işgəncələrə məruz qalması ilə bağlı xəbərlər gündəmdə idi.