Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu gün Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) tatamiyə çıxacaq.
Onun ilk rəqibi 1/32 finalda Türkmənistan təmsilçisi Baymırat Majanov olacaq.
Təsnifat görüşləri saat 10:30-da, final bloku isə 18:00-da başlayacaq.
***
Zelim Kotsoyev Boymırat Majanova qalib gələrək növbəti mərhələyə adlayıb.
***
Zelim Kotsoyev 1/16 finalda slovakiyalı Benyamin Mataseyə ipponla qalib gəldi.
Onun növbəti rəqibi Rusiyanı təmsil edən erməniəsilli idmançı Arman Adamyanla qarşılaşacaq.
***
Zelim Kotsoyev Arman Adamyana uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Avropa, dünya və Olimpiya çempionu Hidayət Heydərov da medalsız qalmışdı. Zelim Kotsoyev də onun kimi 1/8 finalda uduzaraq mübarizəni dayandırıb.
Son xəbərlər
Son Xəbərlər