Zəlzələdə oğlunu, gəlinini və nəvələrini itirən qadın - Qəbiristanlıqdan çıxmır

zelzelede-oglunu-gelinini-ve-nevelerini-itiren-qadin
Oxunma sayı: 3336

Ötən il fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələnin ağır nəticələri davam edir. Belə ki, zəlzələdə oğlu, gəlini və iki nəvəsini itirən Azet Yılmaz adlı qadın günün çox hissəsini ailəsinin dəfn olunduğu qəbiristanlıqda keçirir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Oğlunu, gəlinini və iki nəvəsini saatlarla dağıntılar altında şad xəbər almaq ümidilə gözləyərkən torpağa tapşıran Azet Yılmaz o vaxtdan bəri hər gün qəbiristanlığa gedir:

“Bir gün gələcəklər deyə onları gözləyirəm. İlk zəlzələdə oğlumu, gəlinimi və iki nəvəmi itirdim. 38 saat dağıntılar altında qaldılar. Sonra bir-bir çıxardılar. Hər gün qəbiristanlığa gəlirəm, bura mənim evimdir. Evə gedib yatandan sonra isə qəbiristanlığa gəlmək üçün səhərin açılmasını gözləyirəm”.

Qeyd edək ki, 2023-cü il fevralın 6-sı Kahramanmaraşda ard-arda 7,7 bal gücündə iki zəlzələ baş verib. Nəticədə Ayşegül Yılmaz cütlüyü və uşaqları İlayda və Engin Yılmaz dağıntılar altında qalıblar. Onlar zəlzələnin 38-ci saatında ölü tapılıblar.